"Keyfiyyətsiz təhsil almaq heç kim üçün xeyirli deyil" - Emin Əmrullayev

  18 İyun 2021    Oxunub :1121
"Keyfiyyətsiz təhsil almaq heç kim üçün xeyirli deyil" -    Emin Əmrullayev
Azərbaycanda təhsil haqları 900 manatdan 7000 min manata qədər dəyişir. Peşə ixtisaslarında bu rəqəm bir qədər aşağı ola bilər
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, məqsəd daha çox tələbənin keyfiyyətli təhsilə cəlb etməkdir: "Təhsil alanların keyfiyyətsiz təhsil alması heç kim üçün xeyirli deyil".

E.Əmrullayev "Maarifçi" kredit fondunun pilot layihə olduğunu da qeyd edib: "Burada da mahiyyət eyni idi, lakin fondun mexanizmi belə idi ki, kredit ali təhsil müəssisələrinin hesabına verilirdi. Orada təhsil alan tələbələr də az idi və bir neçə yüz nəfəri əhatə edirdi. "Maarifçi" kredit fondu bir müddət fəaliyyət göstərəcək, çünki tələbələr verilən kreditləri qaytarmalıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil   Kredit  






Xəbər lenti