Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edilib

  17 İyun 2021    Oxunub :590
   Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edilib
Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Azvision.az -ın xəbərinə görə, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub.

Azvision.az

Teqlər:






Xəbər lenti