Ağacları kəsən şəxs cəzalandırılıb

  17 İyun 2021    Oxunub :523
Ağacları kəsən şəxs cəzalandırılıb
Nizami rayonu, B.Nuriyev küçəsi 42 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Azvision.az -a bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 2 ağacın vətəndaş Rüstəm Əhmədov tərəfindən kəsildiyi və təbiətə 4 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Nizami Rayon Prokurorluğuna göndərilib".

Azvision.az

Teqlər: ETSN  






Xəbər lenti