Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə
  17 İyun 2021    Oxunub:682
Azərbaycan Baş Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (İƏT) səmərəli əlaqələrinin genişləndirilməsi davam etdirilir.
Bu barədə Azvision.az -a qurumun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 16-17 iyun tarixlərində Özbəkistanın Daşkənd şəhərində baş tutan "Üzv Ölkələrin Korrupsiyaya qarşı Mübarizə qurumlarının və Ombudsmanlarının 4-cü İclası"nda iştirak edib.

Sözügedən tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov iştirak ediblər.

Özbəkistanın rəhbər vəzifəli şəxslərinin, eləcə də İƏT katibliyinin səlahiyyətli nümayəndəsinin açılışını etdiyi, Türkiyə, Pakistan, İran və təşkilata üzv olan digər ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin, ombudsmanlarının və digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin korrupsiyaya qarşı mübarizəyə həsr olunan birinci hissəsində üzv ölkələrin nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində milli kontektsdə əldə etdikləri nailiyyətlər barədə məlumatları tədbir iştirakçıları ilə bölüşüb, bu sahədə səmərəliliyin artırılmasında beynəlxalq əməkdaşlığın rolunu xüsusi vurğulayıblar.

Tədbirin qeyd edilən hissəsində çıxış edən Natiq Eyvazov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan prokurorluğunda müvafiq olaraq həyata keçirilən hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verib.

Tədbirin sonunda görüşün yekun hesabatı və "Daşkənd Bəyannaməsi" qəbul edilib.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti