“Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır” - Prezident

   “Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır” -    Prezident
  14 İyun 2021    Oxunub:1907
Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Buradakı bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verilib və geniş proqramın icrasına başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Köndələnçay su anbarında olarkən söyləyib.

Argentina Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
Bu su anbarının ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır”.

Prezident qeyd edib ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcək.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti