Peyvənd olunanların sayı açıqlandı

  14 İyun 2021    Oxunub :578
  Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 322 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 775 641, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811 104, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964 537 nəfərə çatıb.



Azvision.az


Teqlər: Koronavirus   Peyvənd  






Xəbər lenti