"Kapital Bank" yeni kampaniyaya start verib

"Kapital Bank" yeni kampaniyaya start verib
  14 İyun 2021    Oxunub:1119
“Kapital Bank”ın “Visa” kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər.
Bankdan Azvision.az -a verilən məlumata görə, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.

Şərtlərə görə, 31 dekabr 2021-ci il tarixinədək “Kapital Bank”ın “Visa” kart sahibləri https://macerayaxindadir.az/ saytında olan təkliflər üçün etdikləri istənilən ödənişlərdə 20% keşbek əldə edə biləcəklər. Kampaniya ərzində hər bir “Visa” kart sahibi maksimum 200 manat keşbek əldə edə bilər.

Qazanılan keşbeklər təqvim ayı bitdikdən 21 iş günü sonra müştərinin kart hesabına mədaxil olunur və bu barədə SMS məlumatlandırma təqdim olunur. 10 fevral 2021-ci il tarixindən başlayaraq qeyd olunan saytdakı təkliflər üçün edilən bütün ödənişlər bu kampaniyada iştirak edir.

Qeyd edək ki, “Visa” kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azvision.az



Teqlər: Bank  





Xəbər lenti