Avropa İttifaqından 15 erməninin təhvil verilməsinə reaksiya

 Avropa İttifaqından 15 erməninin təhvil verilməsinə reaksiya
  13 İyun 2021    Oxunub:1109
Avropa İttifaqı saxlanılan 15 erməninin Gürcüstanın da vasitəçiliyi ilə Azərbaycan tərəfindən azad olunmasını və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsini alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. Aİ ümid edir ki, bu addımlar tərəflər arasında gələcək əməkdaşlığa və daha çox mülki insanlar arasında itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrinin verilməsinə yol açacaq: “Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha sıx əməkdaşlığa çağırırıq”.

Aİ-nin nümayəndəsi bildirib ki, Avropa İttifaqı sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək, münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Azvision.az


Teqlər: Avropaİttifaqı   Ağdam  





Xəbər lenti