“Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq” - Hikmət Hacıyev
Prezidentin köməkçisi bildirib ki, azad olunmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb.
“Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək”, - deyə H.Hacıyev qeyd edib.
Azvision.az
Teqlər: HikmətHacıyev Ağdam