Aleksandr Ata dəfn olundu - YENİLƏNİB

 Aleksandr Ata dəfn olundu -  YENİLƏNİB
  13 İyun 2021    Oxunub:2208
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi başa çatıb.
Azvision.az xəbər verir ki, vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilib.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Daha sonra Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da dünyasını dəyişib.

Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. 2012-ci ildən dərəcəsi arxiyepiskop idi.

Azvision.az


Teqlər: AleksandrAta  





Xəbər lenti