Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi

 Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi
  10 İyun 2021    Oxunub:1895
İyunun 10-da Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az-a bildirilib ki, məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun Türkiyə Respublikasının xarici işlər nazirinin müavinləri Yavuz Selim Kıran və Sedat Önalla görüşləri keçirilib.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Ankara   XİN  





Xəbər lenti