Koçaryan hakimiyyətə niyə gətirilir - Deputat açıqladı
Deputat bildirib ki, elə zənglərdən birinin də mayın axırında, Ermənistanda keçiriləcək seçki kampaniyasına bir neçə gün qalmış olunduğu açıqlandı.
"Vladimir Putinin Köçəryana növbəti “dost” zəngi haqda xəbərin dövriyyəyə buraxılmasıyla eyni vaxtda ikincinin Rusiyadakı bəlli strukrturlara bağlı “Kommersant” qəzetində intervüsü də dərc edildi. O intervü ki, orada Robik forpostdakı ictimai rəyə artıq yeni baş nazirləri kimi sırınırdı. Açığını deyək ki, Rusiyanın Köçəryana hazırkı dəstəyi forposta əvvəlki təyinatlardan nisbətən fərqli təsir bağışlasa da, yenə də “yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdir” modelindən çıxış edilir. Və bu təkcə ondan irəli gəlmir ki, qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki, xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik həm də sındırılmış cəmiyyət hansı davranışa haqq edirsə, onunla o cür də davranılır.
Nəticə də ortadadır. Ermənistanda Qarabağ klanına nifrətin daha da artdığı bir vaxtda obyektivliyi daha az şübhə doğuran MPG şirkətinin keçirdiyi sorğuya görə onun ən dağal, əliqanlı və korrupsiyaya bulaşmış təmsilçisinin reytinqi 20,6%-ə gəlib çatıb. Halbuki iki ay öncə bu göstərici 7-8%-i keçmirdi. Paşinyanın reytinqinin az qala iki dəfəyə yaxın düşməsi fonunda(22,4%) Köçəryanınkının bu qədər qalxmasının başqa izahı yoxdur. Düzdür, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək. Eyni zamanda seçkiyə qatılan 23 partiya və 4 blokun içindən Paşinyanla Köçəryanınkını nəzərə almasaq, parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçüləcək. Amma elə o əl də Rusiyanın əlidir. Çünki bu seçkidə qələbə çalmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər ki, onlar da koalisyon hökumət yaradılacağı təqdirdə Köçəryanın yanında yer alacaqlar".
S.Alıyev onu da qeyd edib ki, seçkini udmaq üçün az-çox şansı olan siyasətçilərdən ancaq Levon Ter-Petrosyanla Edmon Marukyanın Köçəryana nifrətləri Paşinyana bəslədiklərindən böyükdür:
"Yəni, əslində Milli-Demokratik Qütb, Demokratlar Alyansı və və Respublika Partiyasını çıxmaqla yerdə qalanlar hamısı seçkidə Köçəryanın əlinə, daha dəqiqi Köçəryanı əldə saxlayanlara oynamaq məqsədiylə formalaşdırılıb. Hətta qərbpərəst mövqe sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıqları istisna deyil. Təbii ki, Paşinyan da bütün bu baş verənlərin fərqindədir. Onun Azərbaycan-Ermənistan sərhəddində yaranmış gərginliyə görə Rusiyanı suçlandırmağa cəhd etməsi və Avropa səfəri də məhz bu reallıqdan irəli gəlirdi. Amma nə Makron Putindir, nə də Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var. Bir sözlə, görünən budur ki, cəllad Köçəryan yenidən hakimiyyətə gətirilir. O Köçəryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin indən sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur".
Azvision.az
Teqlər: Deputat Sahib-Alıyev