“600-dən çox qaziyə əlillik təyinatı aparılıb” - Nazir

 “600-dən çox qaziyə əlillik təyinatı aparılıb” -  Nazir
  10 İyun 2021    Oxunub:883
"Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib".
Azvision.az -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin kollegiya iclasında bildirib.

S. Babayevin sözlərinə görə, şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

Nazir bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti