Məşhur aktyorlar nə qədər qazanır?

Məşhur aktyorlar nə qədər qazanır?
  11 Mart 2014    Oxunub:5423
Azərbaycanda da kifayət qədər tamaşaçısı olan Türkiyə seriallarının baş rol ifaçılarının həftəlik qazancları açıqlanıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hazırda “Med Cezir” serialında “Mira” obrazını canlandıran aktrisa Serenay Sarıkaya bu rolu üçün əvvəllər 15 min lirə alıb. Sonradan isə o, hər seriya üçün 25 min türk lirəsi almağa başlayıb.

Yeni serial “Kurt Seyit ve Şura”da Kurt Seyit obrazını canlandıran Kıvanç Tatlıtuğ isə aylıq 260 min türk lirəsi qazanacaq. Bu, aktyor üçün ödənən ən yüksək məbləğ hesab olunur.

Kenan İmirzalıoğlu və Tuba Büyüküstün hər ikisi rol aldıqları serialın bir seriyası üçün 60 min türk lirəsi alır.

Hazırda “Muhteşem yüzyıl” serialında “Sultan Süleyman”ı canlandıran Halit Ergenç bu rolu üçün əvvəllər 35 min türk lirəsi alırdı. Sonradan bu qiymət 45 min lirəyə, son olaraq isə 60 minə çatıb.

Nebahat Çehreyə isə hər seriya üçün 30 min türk lirəsi ödənilir.
“Kurtlar Vadisi”nin “Polat Alemdar”ı, yəni Necati Şaşmaz da hər seriyadan 60 min türk lirəsi qazanır. Bergüzar Korelin hər seriyadan əldə etdiyi gəlir isə 55 min türk lirəsidir.

Beren Saat da hər seriyadan 60 min türk lirəsi qazanan akrtisaların cərgəsindədir.

“Behzat Ç” serialının baş qəhrəmanı Erdal Beşikçioğlu isə hər seriyadan 50 min türk lirəsi qazanır.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti