Avtovağzallar necə işləyəcək? - Detallar açıqlandı

 Avtovağzallar necə işləyəcək? -  Detallar açıqlandı
  26 May 2021    Oxunub:1269
Avtovağzalların fəaliyyəti mayın 31-dən bərpa olunacaq. Bu səbəbdən rayonlara gediş-gəliş üçün bilet satışı kassalarının fəaliyyətinə həmin tarixdən başlanılacaq.

Bu barədə Azvision.az -a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, avtobusların salonunda sərnişinlərlə bağlı məhdudiyyət qoyulmayacaq: "Məsələn, bir nəfərdən bir oturma olmayacaq. Təlimata uyğun şəkildə gigiyena qaydalarına əməl olunacaq. 2 saatdan artıq avtobusda yol gedən sərnişinlər müəyyən vaxtdan sonra düşürüləcək, avtobusun salonu dezinfeksiya olunacaq".

N.Allahyarova koronavirus əlamətləri olan sərnişinlərin necə aşkarlanacağını da açıqlayıb. Qurum rəsmisi bildirib ki, bunun üçün avtovağzallarda nəqliyyat bələdçiləri fəaliyyət göstərəcək:

"Onlar koronavirusun əlamətləri müşahidə edilən sərnişinləri avtovağzal nəzdindəki tibb məntəqəsinə yönəldəcək. Tez bir zamanda hərarət ölçülüb, həkim tərəfindən ümumi baxış keçiriləcək və qərar veriləcək. Deyilə bilər, bəlkə sərnişin sadəcə qripdir. Lakin bütün ehtimallar nəzərə alınaraq qrip və ya qızdırması olan sərnişinlərin yola çıxmamasını tövsiyyə edərdik".

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən regionlararası sərnişin daşımaya icazə verilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtovağzal   Sərnişin   Bilet  





Xəbər lenti