Buzlu okeanda üzən ferma- FOTOLAR

Buzlu okeanda üzən ferma- FOTOLAR
  27 Fevral 2014    Oxunub:2044
Hesab olunur ki, min illər öncəsi Qrenlandiya yaşıl ada olub və onun üzərində kənd təsərrüfatı işləri aparmaq mümkün olub.
Hazırda isə iqlim bu ərazilərdə yalnız maralların yemləndiyi mamır bitirməyə imkan verir. Lakin Arctic Harvester adlı proekt okeanda üzən fermanın yaradılmasını nəzərdə tutur. Sərbəst sularda aysberqdən istilik və şirin su əldə edəcək ferma yeni imkanlar yaradacaq.

Hazırda Qrenlandiyada praktiki olaraq tam şəkildə ərzaq tələbatının ödənilməsində kənar ölkələrdən- Danimarkadan (metropoliya) və Amerika Birləşmiş Ştatlarından asılı vəziyyətdədir. Lakin təklif edilən proektlər ərzaq idxalını şəxsi fermaların yaradılması hesabına azaltmağı və müasir texnologiyalar əsasında məhsulların yetişdirilməsini nəzərdə tutur.

Arctic Harvester proyektinin müəllifləri buzlaqlardan qopan aysberqlərin ardınca hərəkət edərək, Qrenlandiya sahilləri boyu üzəcək ferma adalarının yaradılmasını təklif edir. Şirin su bitkilərin kökünü qidalandıracaq , günəş şüası və külək vasitəsilə enerji toplayan konstruksiyalar isə kənd təsərrüfatı bitkilərinin yetişməsi üçün zəmin yaradacaq.

Arctic Harvester-in hər bir platforması həm də üzən kəndə çevrilə bilər. Burada eyni vaxtda 800-ə qədər insan çalışa bilər. Bu platformaların həyatı üzən üzük şəkildən qurulan aparatın içərisinə salınan aysberq ətrafında cərəyan edəcək.

Aysberq tədricən əridikcə, sakinləri şirin su, enerji və yeni məhsulla təmin edəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti