ABŞ səfiri Xocalı ilə bağlı bəyanat verdi

ABŞ səfiri Xocalı ilə bağlı bəyanat verdi
  26 Fevral 2014    Oxunub:1357
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Xocalının anım günü” ilə bağlı bəyanat verib.

Bu barədə AzVision.az-a ABŞ-ın ölkəmizdəki səfirliyindən məlumat verililib.

Bəyanatda deyilir:

-Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti