Yanukoviç kimdir? –Devrilən prezident və ailəsi - FOTOLAR

Yanukoviç kimdir? –Devrilən prezident və ailəsi - FOTOLAR
  24 Fevral 2014    Oxunub:4486
Ukraynanın devrilən prezidenti Viktor Yanukoviçin axtarışları davam edir. Vaxtilə ölkəsində söz sahibi olan eks-prezidentin harada olduğu bəlli olmasa da, onun aqibətinin heç də yaxşı olmayacağı gün kimi aydındır. Heç şübhə yox ki, ən yaxşı halda Yanukoviçi qarşıda həbs gözləyir. Başı bəlalı prezidentin gələcək taleyi ilə yanaşı onun həyat hekayəsi də hər kəs üçün maraq doğurur.

AzVision.az Yanukoviçin bioqrafiyası, ailəsi və siyasi kariyerası ilə kiçik araşdırma aparıb.

Yanukoviç kimdir?

O, bu günə qədər iki dəfə ölkənin baş naziri seçilib. Ukraynanın əsas siyasi partiyalarından biri olan Regionlar Partiyasının sədridir. 2004-cü ildə prezident seçkilərinə qatılıb və ən çox səs yığan ikinci şəxs olub. 2006-cı ilin avqustunda baş nazir olub.

Yanukoçiv 2010-cu ilin yanvarında prezident seçkilərində 35% səs yığıb və ikinci tura keçib. Fevralın 7-də 49% səs toplayaraq prezident seçilib.

Viktor Yanukoviç 1950-ci il iyulun 7-də Ukraynanın Yenakiyev şəhərində doğulub. Viktor Yanukoviç Lyudmila Aleksandrovna Yanukoviçlə (Nastenko) ilə evlidir. Onlar 1969-cu ilin dekabrında Donetsk vilayətinin ən böyük sənaye obyektlərindən olan Yenakiev metallurgiya zavodunda tanış olublar.



1971-ci ilin noyabrında ailə həyatı quran cütlüyün 1973-cü il iyulun 10-da Aleksandr, 1981-ci il iyulun 16-da isə isə Viktor adlı oğlan övladları dünyaya gəlib. Aleksandr Yanukoviç ilk ixtisas üzrə həkim-stomotoloqdur. O, Donetsk Tibb İnstitutunu bitirib. Daha sonra ikinci dəfə Donetsk Milli Universitetinə daxil olan Yanukoviç iqtisadçı təhsili alıb. O qısa müddətdə biznes fəaliyyətinə başlayıb və Ukraynada bir neçə bank və ticarət obyektinin sahibi idi. Aleksandr Yanukoviç model Alena Koroçanskaya ilə evlidir. Cütlüyün 2 oğlan uşağı var.

Ailənin kiçik övladı Viktor Yanukoviç isə Ali Radanın deputatı həm də Ukrayna Avtomobil Federasiyasının prezidentidir. O, Olqa Yanukoviçlə evlidir. Ailənin 2010-cu ilin 31 yanvarında İlya Yanukoviç adlı övladı dünyaya gəlib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti