İki şagird imtahandan kənarlaşdırıldı

  07 Mart 2021    Oxunub : 2017
İki şagird imtahandan kənarlaşdırıldı
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında 2 şagird imtahandan xaric edilib.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən bildirilib.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd edək ki, DİM bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirib.

Azvision.az

Teqlər: DİM   İmtahan