Şeyxülislam ABŞ səfirini qəbul edib - FOTOLAR |
Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük II Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında olub.
Azərbaycan xalqının öz Ali Baş Komandanının rəhbərliyi altında qazandığı Zəfərin mənəvi önəmi, bu zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan vətəndaşların dövlət ətrafında sıx birləşməsini vurğulayan Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd edib. QMİ sədri Azərbaycan Prezidentinin bu yaxınlarda yerli və xarici media ilə keçirdiyi, böyük beynəlxalq rezonans doğurmuş mətbuat konfransında erməni tərəfinə ünvanlı səsləndirilmiş dinc birgəyaşayış ismarıclarının ermənilər tərəfindən lazımınca dəyərləndirilməsinin vacibliyinə diqqət çəkib.
A. Paşazadə dinlər və konfessiyalar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin formalaşmasında təkcə din xadimlərinin səylərinin kifayət etmədiyini, bunun üçün dövləti iradənin, siyasi xəttin vacib əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Dünyada sülh və əmin-amanlığın təmin olunmasında dini liderlərin səylərinin önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə bu istiqamətdə özünün hər zaman fəal şəkildə çalışdığını, istər Sovetlər dönəmində, istər Azərbaycanın müstəqillik illərində dinlərarası dialoq müstəvisində səylərini əsirgəmədiyini faktlarla fransalı müxbirin diqqətinə çatdırıb. Bir insanın həyatının xilasını bütün bəşərin xilası ilə eyni dəyərdə qiymətləndirən İslam dininin hökmlərini rəhbər tutaraq 30 ildən artıq müddətdə Erməni kilsəsinin dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs edib.
QMİ sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi dinin sülhyaratma missiyasını rəhbər tutmaq əvəzinə hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edərək, öz xalqını müharibəyə sövq edir, dünyada, o cümlədən, Avropa miqyasında yalan təbliğatlar aparır, işğal dövründə Qarabağdakı dini məbədləri məhv edən, məscidləri talan edib, həqarətə məruz qoyan, qədim alban, pravoslav kilsələrini qriqoryanlaşdırdıqları halda, Azərbaycanın dini məbədlərə münasibətinə dair qarayaxmalar yayır. Azərbaycanın haqq mübarizəsinin əsl həqiqətlərini dünya ictimaiyyətinə geniş yaymaq üçün bütün müstəvilərdən, o cümlədən, üzvü olduğu beynəlxalq və regional qurumların xitabət kürsülərindən istifadə etdiyini, onları mütəmadi məlumatlandırdığını qeyd edən Şeyxülislam A. Paşazadə erməni kilsəsinin qonşu xalqlar olan Azərbaycan və Ermənistan arasında sülhün və gələcək əlaqələrin qurulmasını deyil, qarşıdurmanı təşviq edən mövqeyini qınadığını bildirib.
QMİ sədri Fransaya səfərlərini xatırlayaraq, orada müsəlman din xadimləri ilə görüşlərindən söhbət açıb, əslən fransalı xristian din xadimləri ilə birgə beynəlxalq dinlərarası dialoq müstəvisində əməkdaşlıq nümunələrindən bəhs edib. O, Qarabağda Azərbaycana qarşı döyüşən terrorçuların Fransada mühakimə ediləcəyi ilə bağlı xəbərləri müsbət dəyərləndirdiyini bildirib.
Dünyada və bölgəmizdə sülh və anlaşmanın bərqərar olması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirən Şeyxülislam A. Paşazadə Fransanın nüfuzlu nəşrinin Azərbaycan barədə həqiqətləri yaymaq istəyini yüksək qiymətləndirdiyini qeyd edib.
Azvision.az