Bakıda italyan mətbəxi

Bakıda italyan mətbəxi
  21 Fevral 2014    Oxunub:2120
Bu gün saat 18:00 da 28 Mall AVM-də Villa Pizza tərəfindən “İTALİYA MƏTBƏXİ FESTİVALI” təşkil olunacaq.
AzVision.az-ın məlumatına görə, festivalda əsl italyan pizzası, pasta və başqa ləziz yeməkləri sərgilənəcək . İştirakçılara İtaliya ab-havasından həzz almaq imkanı yaradılacaq.

Festival 3 gün müxtəlif proqramlarla davam edəcək. Festivalın ilk günü “Pizza günü” adlanır. 21 Fevral saat 18:00 da açıq elan ediləcək. Həmin gün müxtəlif pizzalar nümayiş etdiriləcək, festival iştirakçılar pitsaların dadına baxa biləcək, eləcə də VILLA-nın peşəkar aşpazlarından italyan pizzası növləri haqda məlumat alacaqlar.

22 fevral - Pasta günündə İtaliya mətbəxinin ən dadlı yeməklərindən biri sayılan pastaları dada biləcəklər. Festival iştirakçıları 23 fevral - Möhtəşəm Pizzaçıların yarışmasının şahidi olacaqlar. Yalnız bu gün pizzaçılar ən tez və ən böyük pizzanı hazırlamaq üçün yarışacaqlar.

“Yalnız bu günlərdə İtaliya Mətbəxi Festivalında iştirak etməklə italyan mətbəxi Sizlərə İtalya qədər yaxın olacaq!”

Təbir Villa Pizza tərəfindən təşkil edilib,
Foodpanda, Laffarella, 28 Mall AVM təşkilati dəstək göstərən qurumlardır.


Teqlər:  





Xəbər lenti