Vətən müharibəsində 671 müəllim düşmənə qarşı vuruşub

   Vətən müharibəsində 671 müəllim düşmənə qarşı vuruşub
  30 Yanvar 2021    Oxunub:3149
Qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb^

"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib".

Azvision.az


Teqlər: Vətən   Müharibə   Müəllim   Döyüş  





Xəbər lenti