Şəhid polkovnikin oğlu xaricdə təhsil alacaq

Şəhid polkovnikin oğlu xaricdə təhsil alacaq
  29 Yanvar 2021    Oxunub:3684
Aprel döyüşlərində şəhid olan "Murov Qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Oruclu təhsilini Macarıstanda davam etdirəcək.
Bu barədə Azvision.az -a şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova məlumat verib.

Onun sözlərinə görə, ADA Universitetində Biznesin idarə edilməsi fakültəsində oxuyan Aqşin Oruclu qəbul olduğu proqram çərçivəsində 6 ay Macarıstanda təhsil alacaq.

"Hazırda bakalavr təhsili alır. Aqşin magistr təhsilini də Avropada davam etdirməyi düşünür".

Qeyd edək ki, A.Oruclu iki ilə yaxındır Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyində çalışır.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Polkovnik  





Xəbər lenti