"Bayraktarların döyüşdə nə qədər faydalı olduğunu gördük" - PA rəsmisi
Prezidentin köməkçisi bildirib ki, Türkiyə ilə Azərbaycan arasında elm sahəsində sıx əməkdaşlıq mövcuddur: “Qarşıdan gələn müddətdə bizim əsas məqsədimiz bu əməkdaşlığımızı daha da möhkəmləndirməkdir”.
H.Hacıyev qeyd edib ki, bu əməkdaşlıq regionda sülhü gücləndirir, bu əməkdaşlıq heç kimin əleyhinə yönəlmir, regionda hər kəs bu əməkdaşlıqdan faydalana bilər.
"Ermənistan da öz işğalçılıq siyasətindən əl çəkərsə, regionda əməkdaşlıqdan faydalana bilər və onun üçün də yeni imkanlar açıla bilər".
Azvision.az
Teqlər: Azərbaycan Türkiyə Hikmət-Hacıyev