Məktəblərdə bufetlər açılmayacaq

 Məktəblərdə bufetlər açılmayacaq
  27 Yanvar 2021    Oxunub:2815
Xüsusi karantin rejimi dövründə ənənəvi tədris mərhələli şəkildə bərpa olunsa da, məktəblərdəki bufetlər açılmayacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin sentyabr ayındakı müvafiq qərarı ilə pandemiyaya görə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb. Nazirlik rəsmisi qeyd edib ki, bu qərar qüvvədə qalır.

Azvision.az


Teqlər: Məktəb   Bufet  





Xəbər lenti