Qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - FOTO
Qeyd edək ki, Zəngilan rayonu ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Zəngilan şəhərində XVII – XVIII əsrlərdə Səfəvilər dövründə tikilməsi güman edilən məsciddə dağıdılıb. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər olub. (Trend)
Azvision.az