Albaniya rusiyalı diplomata 72 saat vaxt verdi

Albaniya rusiyalı diplomata 72 saat vaxt verdi
  22 Yanvar 2021    Oxunub:1164
Albaniya rusiyalı diplomat Aleksey Krivoşeevi koronavirusla mübarizə tədbirlərini pozduğu üçün ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Təəssüf hissi ilə Albaniya hökuməti diplomat Aleksey Krivoşeevi rəsmi bildiriş anından etibarən 72 saat ərzində ölkəni tərk etmə məcburiyyəti ilə persona non grata elan etmək qərarına gəldi".

Albaniya Moskvanın bu qərarı sağlamlığı qorumaq üçün məcburi bir tədbir olaraq qəbul edəcəyinə ümid etdiyini bildirib.

Azvision.az


Teqlər: Albaniya   Moskva  





Xəbər lenti