Nazir fransalı həmkarı ilə Qarabağ bəyanatını müzakirə edib

   Nazir fransalı həmkarı ilə Qarabağ bəyanatını müzakirə edib
  22 Yanvar 2021    Oxunub:751
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Bu barədə Azvision.az - a Xarici İşlər Naziriliyindən bildirilib.

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azvision.az



Teqlər: XİN   CeyhunBayramov  





Xəbər lenti