2020/2021-ci tədris ilində 1,7 milyon şagird təhsil alıb

2020/2021-ci tədris ilində 1,7 milyon şagird təhsil alıb
  21 Yanvar 2021    Oxunub:2192
Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə fəaliyyət göstərən 1684 dövlət və 156 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 129 min uşaq tərbiyə alır.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən xəbərə görə, 2020/2021-ci tədris ilinin əvvəlinə ölkənin 4397 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,7 milyon şagird təhsil alıb.

Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,4 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 22,1 faiz olub.

Azvision.az



Teqlər: Təhsil   Şagird  





Xəbər lenti