Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi - FOTO

  19 Yanvar 2021    Oxunub : 2054
 Azad olunmuş ərazilərdə 210 mina zərərsizləşdirildi  -  FOTO
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.







Azvision.az

Teqlər: FHN   Mina