Rusiyalı ruferlər Şanxay qülləsini fəth etdi – FOTO, VİDEO
16 Fevral 2014
Oxunub:2330
Şanxay qülləsi bu günə olan dünyada ən hündürüdür. Yerdən qüllənin tam yuxarısına kimi məsafə 650 metr təşkil edir. Burada olan güclü təhlükəsizlik tədbirləri və göydələnə icazəsiz girişin demək olar ki, mümkün olmamasına baxmayaraq rusiyalı ruferlər qüllənin tam başına kimi çıxa biliblər. Onların qarşısını hətta bunun müqabilində ola biləcək yüksək cəza belə ala bilməyib. Lakin onlar təkcə pullarını riskə atmayıb. AzVision.az RT-yə istinadən xəbər verir ki, 2 saat ərzində 120 mərtəbəlik qülləyə dırmaşan ruferlər heç bir sığortadan istifadə etməyiblər. Papaqlarına kamera bağlayan gənc ekstremallar, möhtəşəm görüntülər də çəkməyi unutmayıblar.