“Efirdə o qədər güldük ki, töhmət verdilər” - Efir Xatirələri

“Efirdə o qədər güldük ki, töhmət verdilər” - Efir Xatirələri
  14 Fevral 2014    Oxunub:3811
Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür. 1956-cı ilin fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Müasir AzTV bu studiyanın varisi sayılır.
“Canlı efirdə gülməkdən ölürdük” - Efir Xatirələri

Elə bu münasibətlə AzVision.az tanınmış diktorlarımız Şərqiyə Hüseynova və Sabir Ələsgərovun efir xatirələrindən maraqlı nüansları təqdim edir.

Daima efirə informasiyanı vaxtında verə biləcəyəmmi?, çəkiliş baş tutacaqmı deyə həyacanlanan televiziya əməkdaşları bəzən kuryozlarla da qarşılaşırlar.

Efirdə bu cür qışqırığa görə əməllicə töhmət aldıq, danlandıq.

Sabir Ələsgərov efir vaxtı başına gələn unudulaz xatirələrini bölüşüb.
“Başımıza çox əhvalatlar gəlib. Bir ailə kimi idik. Bir televizya idi o zaman, 6-7 nəfərə də diktor var idi. Bir- birimizin xeyir-şər işində həmişə yaxından iştirak etmişik.

Bir dəfə Məşədi Əzizbəyov haqqında veriliş hazırlayırdıq. Davud Əhmədovla birgə veriliş aparırdıq. O zaman da lent yazıları yox idi, bir başa efir idi. Gündüzlər məşq edirdik, axşam isə veriliş efirə gedirdi. Davudda da bir balaca pofos var idi. Məşq zamanı uzada-uzada ürəklə möhkəmdən dedi ki, “o bir Səməndər quşu idi”. Roza ilə məni gülmək tuutdu , ucadan gülüşdük. Mən də özümü saxlaya bilmədim, dedim ki, yox bir Hamlet Xanızadə idi. Səməndər quşu deyəndə, çünki aktyor Səməndər Rzayev yadıma düşürdü. Nə isə güşüldük .

Rejissorumuz Solmaz xanım da efir düyməsini basıb dedi ki, axşam da efirdə belə etsəniz aləm olar da. Axşam canlı efir vaxtı həmin yer gəldi çatdı, elə həmin sözü deyəndə bizi yenidən gülmək tutdu. İndi özümüzü saxlaya bilmirik. Davud da əsəbdən partlayır, sifəti qıpqırmızı rəng alıb. Operatorun üstünə qışqırır ki, bəs onları efirdən çıxart. Yəni bizi nəzərdə tutur da. İndi nə qədər edir, operator da eşitmir. Bir təhər verlişi pıkkıldıya-pıkkıldıya başa vurduq.

Bir dəfə də Şərqiyyə xanımla efirdə xəbərləri aparırdıq. İşıqlı olsun deyə üzümüzə projektorlar salırdılar. Aparatlar da köhnə olduğu üçünanidən işıqlar başladı öz -özünə partlamağa. Mikrofonda açıq idi. Mən də fikir vermirəm. Xəbərləri oxuyuram, Şərqiyə özünü saxlaya bilmədi, qışqırdı ki, söndürün bu işıqları. Efirdə bu cür qışqırığa görə əməllicə töhmət aldıq, danlandıq.

Şərqiyə Hüseynova da keçmiş həmkarı kimi nostalji hislərini bizimlə bölüşdü.

Bizim bəxtəvər günlərimiz Elşad Quliyevlə bitdi

Efir vaxtı əsasən bizim başımıza gələn bəlalar o idi ki, canlı yayımda bizi gülmək tutmasın. Bir də görürdün ki, operator uşaqlar canlı efir gedə -gedə bir balaca zarafat edirdilər. Axı neçə saat kamera arxasında durmaqdan darıxırdılar. Vay o gündən ki, gözümüz bu uşaqların zarafatlarına sataşa, özünü saxla görüm necə saxlayırsan.
Diktor otağımızda şən insanlar var idi . Rafiq Hüseynovun, Hicran Hüseynovun özünəməxsus zarafatları var idi. Bizim bəxtəvər günlərimiz Elşad Quliyevlə bitdi.

Bizim maraqlı əhvalatlarımız diktor otağı ilə bağlıdır. Qarlı günlərdən biri idi. Bütün kollektiv operator , diktorlar bir yerə yığışıb qəşəng qartopu oynadıq. Elə vəziyyətə qaldıq ki, makiyajımız üz-gözümüzə yayıldı. Amma bir təhər özümüzü sahmana salıb efirə çıxdıq. O illərin xatirəsi başqadır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti