Erməni dili öyrənmək istəyənlərin nəzərinə!

Erməni dili öyrənmək istəyənlərin nəzərinə!
  06 Yanvar 2021    Oxunub:5968
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir. Kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur. BMTM həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib.
Bu barədə Azvision.az -a Mərkəzin mətbuat katibi Məlahət Nəcəfova məlumat verib.

O bildirib ki, erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşr beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.

“Vəsaitin elektron versiyası BMTM-in saytında nəşrlər bölməsinə yerləşdirilib. Kitab, həmçinin məhdud sayda dərc olunub. Müxtəlif təhsil ocaqlarında erməni dilini öyrənən və bu kitabı əldə etmək istəyənlər Mərkəzin Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına müraciət edə bilərlər”, - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, nəşrin elektron versiyasını linkdən keçid etməklə yükləmək mümkündür.

Azvision.az


Teqlər: Erməni-Dili   Kitab  





Xəbər lenti