Müddətsiz işləmək hüququ qazanan müəllimlərin sayı açıqlandı

Müddətsiz işləmək hüququ qazanan müəllimlərin sayı açıqlandı
  04 Yanvar 2021    Oxunub:2312
2020-ci ildə ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti