Köçürülən tələbələrin sayı açıqlandı

Köçürülən tələbələrin sayı açıqlandı
  02 Yanvar 2021    Oxunub:1433
2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3048 tələbənin müraciəti təmin olunub.

Azvision.az


Teqlər: Tələbə   Köçürülmə  





Xəbər lenti