2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib, Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.