Sumqayıtda maşın, Füzulidə ev yandı

Sumqayıtda maşın, Füzulidə ev yandı
  31 Dekabr 2020    Oxunub:1277
Sumqayıt şəhərində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu barədə Azvision.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.

Digər yanğın hadisəsi Füzuli rayonunun Arayatlı kəndində qeydə alınıb. Ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti