Bu il Bakıda 1691 müəllim işə qəbul olunub

Bu il Bakıda 1691 müəllim işə qəbul olunub
  29 Dekabr 2020    Oxunub:2542
2020-ci il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.
Bu barədə Azvision.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 2020-ci ildə paytaxtda işə qəbul üzrə 1709 vakansiya təqdim olunub

"Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub. 1691 nəfər işə qəbul olunub. Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub. Bunlardan 1209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub", - deyə məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: Müəllim   İşə-qəbul  





Xəbər lenti