11-cilərin buraxılış imtahanında dəyişiklik olmayacaq

11-cilərin buraxılış imtahanında dəyişiklik olmayacaq
  28 Dekabr 2020    Oxunub:1585
Doqquzuncu siniflərə aid olan jurnalda ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli dərc edilib. 11-ci sinif buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) modelində hər hansı bir dəyişiklik nəzərdə tutulmur.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9-cu, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları sadələşdirilib.

9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti