Bakının 79 məktəbində STEAM layihəsi tətbiq edilir

Bakının 79 məktəbində STEAM layihəsi tətbiq edilir
  23 Dekabr 2020    Oxunub:1518
“Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə Təhsil Nazirliyinin əmrinə əsasən, Bakının 79 ümumi təhsil məktəbində bu layihə tətbiq edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a bildirilib ki, layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti