Bakı və Bərdədə ev yanıb

Bakı və Bərdədə ev yanıb
  23 Dekabr 2020    Oxunub:1107
Bərdə rayonunun Gərənə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 31 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti