“Nəhəng gəmiricilər dünyanı tutacaq” - İDDİA

“Nəhəng gəmiricilər dünyanı tutacaq” - İDDİA
  12 Fevral 2014    Oxunub:2440
AzVision.az `Daily Mail` qəzetinə istinadən xəbər verir ki, ingilis alimləri dünya ekosistemində otyeyən heyvanlar azaldıqca gəmiricilərin, xüsusən siçanların rolunun artacağı barədə xəbərdarlıq ediblər.
“Qısa müddət ərzində siçanlar bir neçə dəfə böyüyərək 80 kiloqrama qədər çəkiyə çata bilərlər. Əgər boş torpaqlar çox olarsa, onlar daha iri ola bilərlər”-deyə Lester Universitetinin alimləri bildiriblər. Onlar qeyd ediblər ki, bu tendensiyanı siçanların çoxluq təşkil etdiyi bir neçə adada müşahidə etmək olar . Hər bir belə ada isə təkamül üçün özünəməxsus bir laboratoriya rolunu oynayacaq.

“Siçanlar planetin bütün qitələrinə yayılaraq oradakı həyata uyğunlaşa bilən heyvanlara ən yaxşı nümunədir”-deyə alimlər fikirləşirlər.

Ümumiyyətlə, ətraf mühitdə rəqabət itərsə, nəhənglik meylləri yaranır. Buna misal olaraq göy kitləri misal göstərmək olar. Onların əcdadları qədimdə canavar böyüklüyündə belə deyildilər.

Müasir günümüzdə ən böyük gəmirici 3 milyard il bundan əvvəl nəsli kəsilən Josephoartegasia monesi gəmiricisi olub. Özünün müasir törəmələri olan kapibarlar kimi o, Cənubi Amerikada yaşayıb. Lakin o zamanlar onun ölçüsü 1 tona, ölçüsü isə öküzün indiki ölçülərinə yaxın olub.

Bununla belə, nəhəng balinalar bizi gələcəkdə gözləyən yeganə sürpriz deyil. Sürünənlərin böyük əksəriyyəti də gələcəkdə ölçülərini bir neçə dəfə artıra bilərlər.

Ekspertlərin sözlərinə görə, temperaturun müntəzəm şəkildə artması müasir timsahların, kərtənkələlərin və tısbağaların ölçülərinin artmasına səbəb olacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti