“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub

“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub
  04 Dekabr 2020    Oxunub:2230
Bakının “Sabah” klubunun daha 5 futbolçusu koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bunlar Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembadır. Bundan əvvəl isə Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqesdə virus aşkarlanıb. Testlərinin cavabları keçən həftə pozitiv çıxan bu 3 oyunçu yenidən test verəcək.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilməli olan 3 görüş təxirə salınıb. Bu oyunların içərisində dekabrın 5-də keçirilməsi nəzərdə tutulan “Sabah” – “Neftçi” qarşılaşması da var idi.

Azvision.az


Teqlər: Sabah   Klub   Koronavirus  





Xəbər lenti