“Qarabağ”ın məşqçisi: “Çətin oyun oldu”

“Qarabağ”ın məşqçisi:    “Çətin oyun oldu”
  04 Dekabr 2020    Oxunub:2623
Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq.
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

“Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər”, - deyə məşqçi bildirib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti