Şabranda koronavirus xəstələri saxlanıldı - FOTO

Şabranda koronavirus xəstələri saxlanıldı -  FOTO
  29 Noyabr 2020    Oxunub:2540
Şabran rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: DİN   Xəstə   Koronavirus  





Xəbər lenti