Tanınmış vəkil koronavirusdan vəfat etdi

 Tanınmış vəkil koronavirusdan vəfat etdi
  28 Noyabr 2020    Oxunub:9518
Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Facebook" hesabında məlumat paylaşıb.

"Bu statusu yazmaq mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Tahirlə srağagün danışmışam, COVID-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi, ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.

Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə pozitiv və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.

Xeyirxah və qayğıkeş qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun,
Allah sənə qəni-qəni rəhmət eləsin!" - deyə A.Bağırov paylaşımında qeyd edib.

Azvision.az


Teqlər: Vəkil   Koronavirus  





Xəbər lenti