Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olub
  23 Noyabr 2020    Oxunub:1512
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Yanğın  





Xəbər lenti