Nardaranda qəbiristanlıqdan silah-sursat tapıldı

Nardaranda qəbiristanlıqdan silah-sursat tapıldı
  21 Noyabr 2020    Oxunub:1831
Polis əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və tapılması məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbəsində yerləşən qəbiristanlıqdan “F-1” qumbarası, 1 ədəd avtomat darağı və 55 ədəd müxtəlif çaplı patron tapılıb.

Həmin silah-sursatlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı təhqiqat davam etdirilir.

Azvision.az


Teqlər: Silah   Nardaran  





Xəbər lenti