Ölkəmizdə 9 ayda 2548 əkiz doğulub

Ölkəmizdə 9 ayda 2548 əkiz doğulub
  18 Noyabr 2020    Oxunub:2171
Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 95 min 399 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 2548-i əkiz, 84-ü üçəm, dördü isə dördəmdir.

Doqquz ay ərzində ölkədə 46 min 995 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti