Maşınla vurulan piyada öldü

Maşınla vurulan piyada öldü
  10 Noyabr 2020    Oxunub:1493
Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, noyabrın 9-da saat 6 radələrində Tərtər rayonu ərazisində Qapanlı kənd sakini Z.Quliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən Köçərli kənd sakini Qafqaz İmanovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti